Blinken İrana çağırış edib

“Nüvə proqramı ilə bağlı problemin öhdəsindən gəlmək İrandan asılıdır”.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Yunanıstan baş naziri Kriakos Miçotakislə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, nüvə proqramı ilə bağlı problemin öhdəsindən gəlməyin ən effektiv və davamlı yolu diplomatiyadır: “Amma hazırda bu səylər arxa plandadır. Çünki İran bu məsələlərlə ciddi məşğul deyil”.

Blinken diplomatiya üçün qapının hər zaman açıq olduğunu xatırladıb: “Çox şey İranın ritorikasından asılıdır”.

Qeyd edək ki, E.Blinken ötən gün Türkiyədə səfərdə olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər