Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar ayında 3.1 min şəxsə əlillik təyin edilib.
Banker.az Nazirliyə istinadən xəbər verir ki, onlardan 1.4 mininə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb.
Həmçinin Agentliyin reabilitasiya müəssisələrində ötən ay 5.1 min şəxsə reabilitasiya xidməti göstərilib, 1038 şəxsə 4 952 reabilitasiya vasitəsi verilib.