“Apple” korporasiyası qanda şəkərin səviyyəsini ölkən cihaz hazırlayır. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Jurnalist Mark Qurmanın sözlərinə görə, layihə “E5” adını alıb.
Layihəni şirkətin ən məxfi bölmələrindən biri sayılan “Exploratory Design Group” idarə edir. Əgər belə bir cihaz bazarda peyda olarsa, o, bütün dünyada diabetdən əziyyət çəkən insanların diqqətini çəkəcək.
Müəyyən irəliləyişlərə baxmayaraq, insayder izah edir ki, “qarşıda hələ illər var”. Məlumdur ki, “Apple” öz inkişafında silikon fotonikası kimi tanınan çip texnologiyasından istifadə edir. Şirkət 12 ildən çox müddətə yaratdığı bu konsepsiyanı etibarlı olduğuna inanır. Bildirilir ki, yeni funksiya “Apple”ın ağıllı saatlarına əlavə edilə bilər.