Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasından bildirilib.
Qeyd olunub ki, tərəflər Ermənistan-Azərbaycan danışıqlarının Brüssel formatı çərçivəsində əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər.
Xatırladaq ki, T.Klaar Ermənistanda səfərdədir.