10 C
Baku
Tuesday, November 26, 2024

“Hindistan Azərbaycanla biznes potensialı araşdıracaq”

Hindistan Azərbaycanla kimya sənayesi məhsullarının ticarəti sahəsində biznes potensialı araşdıracaq.

Bunu Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar Hindistanla Azərbaycan arasında aqrokimyəvi maddələr, pestisidlər, boya maddələri, qeyri-üzvi kimya sahəsində ticarət imkanlarının araşdırılmasına həsr edilmiş tədbirdə deyib.

V. Kumarın sözlərinə görə, bu gün təşkil edilən işgüzar görüş gələcəkdə ikitərəfli əlaqələri inkişaf etdirəcək: “Hindistanın kimya sənayesi kifayət qədər böyükdür, müxtəlif növlərdə kimya sənayesi məhsulları ixrac etmək gücündədir. Kimya sənayesinin Hindistanın ÜDM-sində payı 6,7 % təşkil edir”, – deyə o vurğulayıb.

O bildirib ki, 2022-ci ildə Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 1,8 milyard ABŞ dolları olub: “Bu isə 2021-ci illə müqayisədə 2,5 dəfədən çox artım deməkdir”

MənbəReport
Son xəbərlər
Digər xəbərlər