9 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda milçək sürfələrindən istifadə olunmaqla gübrə istehsal ediləcək

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən müəssisə – “Provive” MMC fəaliyyətə başlayıb.

Banker.az xəbər verir ki, müəssisədə innovativ texnologiyaya əsaslanaraq “Black soldier fly” milçəyinin sürfələrindən istifadə olunmaqla qida tullantılarından zülal (heyvan mənşəli) və “Zoohumus” üzvi gübrəsi istehsal olunur.

Hazırda müəssisənin aylıq istehsal gücü 15 tondur və yaxın vaxtlarda bu həcmin 30 tona çatdırılması planlaşdırılır.

Qeyd edək ki, “Provive” MMC-yə 2020-ci ilin fevralında Hacıqabul Sənaye Məhəlləsində rezidentlik statusu verilib. Müəssisəyə KOBİA tərəfindən də dəstək göstərilib.

Son xəbərlər
Digər xəbərlər