“Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının qeyri qida sənayesində istifadəsi məqsədilə təyinatının dəyişdirilməsi ilə bağlı Agentliyə daxil olan müraciəti əsasında, məhsulların zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası baradə qərar qəbul edilib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Ümumi çəkisi 3,9 ton müxtəlif növ yağ məhsulu “Bioropean” MMC-yə məxsus təkrar emal müəssisəsində əridilərək biodizel xammalı üçün təyinatı dəyişdirilib.