Rusiya Ümumdünya Ticarət Təşkilatına üzvlükdən imtina etmək fikrində deyil. Belə bir addım milli iqtisadiyyatın süni şəkildə özünü təcrid etməsinə gətirib çıxara bilər.
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
Diplomat vurğulayıb ki, Rusiya Federasiyasının ÜTT-dən mümkün çıxması beynəlxalq əmək bölgüsü proseslərindən faktiki olaraq özünü kənarlaşdırmaq demək olacaq. Bu hal qlobal istehsal və marketinq zəncirlərində iştirakın azalmasına gətirib çıxara bilər.