Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2021-ci ilin avqust ayının minimum göstəricisinədək enərək, 520 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
Banker.az xəbər verir ki, 27 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 517.6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (559.1 dollar) ilə müqayisədə 7.4% azdır.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.