13 C
Baku
Saturday, November 23, 2024

Dövlət Gömrük Komitəsinin sabiq idarə rəisi iri şirkətlərdən birinə rəhbər təyin edilib

Dövlət Gömrük Komitəsinin sabiq İdarə rəisi daşınmaz əmlak idarə edilməsi şirkətinə baş icraçı direktor təyin edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Mirmahmud Miratayev Miryusif oğlu “Xalq Əmlak” MMC-nin baş icraçı direktoru təyin edilib.

O, bu vəzifədə Yusif Xəmmədovu əvəz edib. Y.Xəmmədov 2022-ci ilin dekabrında bu vəzifəyə təyin edilib.

Mirmahmud Miratayev  Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi İmtiyazların Tənzimlənməsi İdarəsinin rəisi vəzifəsində çalışıb. O, bu vəzifəyə 2022-ci ilin yanvarında təyin edilmişdi. Həmin vəzifəyə qədər isə Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi olub. Link.

Xatırladaq ki, “Xalq Əmlak” MMC ölkənin ən iri bankı “Xalq Bank” ASC-nin törəmə şirkətidir, 2021-ci ilin avqustunda təsis edilib. Onun hazırda 40 mln. manat nizamnamə kapitalı vardır.

Son xəbərlər
Digər xəbərlər