İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın fevral sayında, qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar ayında həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alır.
Banker.az xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu da yer alır.
O, 2023-cü ilin yanvarında 3.7 milyon dollarlıq ixracı ilə siyahıda 5-ci yeri tutub. 2022-ci ilin eyni dövründə isə ixracı 1.2 milyon dollar təşkil etmişdir ki, bu da illik müqayisədə ixracın 3 dəfə artması deməkdir.
Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.