Hər kəsə məlumdur ki, artıq əksər banklarda və Bank olmayan kredit təşkilatlarında ciddi ixtisarlar gedir. Banker.az portalı olaraq sizə ən çox ixtisarlar edən banklar haqqında məlumat verəcəyik.
Aşağıdakı cədvəldə Mart- Aprel ayları üzrə ən çox ixtisarlar edən bəzi banklar və BOKT-lar haqqında məlumat dərc olunub. Cədvəldən də göründüyü kimi cəmi 4 bank Mart- İyun aylarında 187 işçini ixtisar edib.
Demək olar ki, bu gün bankların bəziləri zərərə işləyir. Bunun kökündə isə təbii ki, bankların gəlirlərinin azalması dayanıb. Bu səbəbdən də banklarda ixtisarların baş verməsi gözlənilən haldır.
Belə bir vəziyyətdə bir neçə banklar yeni filiallar açsa da, bəzi banklar filiallarını bağlamaq həddinə belə gəlib çatıblar. Həmin banklar üçün filialların saxlanması banka əlavə xərcə çevrilib. Nəticədə banklar öz fəaliyyətində struktur dəyişikliyi həyata keçirməyə başlayacaqlar. Bu səbəbdən də, banklar öz xərclərinə qənaət etmək məqsədilə öz filiallarının sayını azaltmaqla yanaşı, həm də öz işçilərinin bir hissəsini ixtisar edirlər.