13 C
Baku
Saturday, November 23, 2024

Bayramov Ermənistanı danışıqları bərpa etməyə çağırıb

Ermənistan indi də görüşlərdən boyun qaçırır.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

“Biz öz növbəmizdə real nəticəyə köklənmişik. Hal-hazırda, belə demək olarsa, onlayn danışıqlarla davam edirik və Sülh sazişi layihəsinə dair sənədlərin qarşı tərəfə göndərilməsi baş verir”.

Nazir Ermənistan tərəfinin konstruktiv sülh danışıqlarına köklənmədiyini qeyd edib.

“Ermənistan tərəfi bu mövqeyindən nə qədər tez əl çəkərək danışıqlar masasına geri dönərsə, bu da proses üçün bir o qədər faydalı olacaq”, – o deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər