9 C
Baku
Thursday, December 26, 2024

Ukrayna bir neçə dövlətlərarası sazişi ləğv edib

Ukrayna tərəfi Rusiya, Belarus və MDB çərçivəsində sərhəd əməkdaşlığına dair üç sazişdən çıxıb.

Bunu Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk bildirib.

Melniçuk vurğulayıb ki, Ukrayna Nazirlər Kabineti ilə Rusiya hökuməti arasında 2011-ci ildə Donetskdə bağlanmış Ukrayna-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin inkişafı sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş ləğv edilib.

O əlavə edib ki, Ukrayna-Belarus dövlət sərhədindəki buraxılış məntəqələrində birgə nəzarətin təşkili haqqında 1995-ci il dekabrın 14-də Kiyevdə bağlanmış hükumətlərarası Saziş də ləğv edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər