Flowing Hair Dollar
Bu sikkə həqiqətən də dünyanın ən bahalı sikkələrindən olmaqla yanaşı həm də ən nadir sikkə nümunəsidir. Sözü gedən bu nümunə 1794-1795-ci illərdə buraxılmışdı və üzərində küləkdə saçları dalğalanan bir insan başı təsvir edilib. Bu sikkənin dəyəri isə 7850000 dollardır və hərracda məhz bu qiymətə satılmışdı.
1933 Double Eagle
Bu sikkə 1933-cü ildə buraxılıb və bu zaman ümumdünya iqtisadiyyatının yaxşılaşdığı dövr idi. Özlüyündə bu fakt da sikkənin üzərində təsvir olunub. Bu nümunənin qiyməti hərracda 7590000 ABŞ dolları idi. Bu məbləğə okean sahilində möhtəşəm bir ev almaq mümkündür…
Nadir Edward III
Dünyada bahalılığına görə üçüncü yerdə olan bu sikkə orta əsrlərə aiddir. Ən sonuncu Spink hərracında bu sikkə 6800000 ABŞ dollarına satılmışdı. Bu pul vahidi olaraq isə 1343-1344-cü illərdə dövriyyədə olub. Qısası, dünyada belə sikkə nümunələrindən yalnızca bu üçü qorunub saxlanılıb.