Çin Milli Şelf Neft Korporasiyası (CNOOC) Bohai körfəzində 100 milyon ton xam neft ehtiyatı olan böyük neft yatağı kəşf edib.
Bu barədə şirkətin məlumatında bildirilir.
“Martın 1-də Çin Milli Dəniz Şelf Korporasiyası Bohai körfəzində 100 milyon ton neft ehtiyatına malik “Bozhong 26-6” neft yatağının aşkar edildiyini elan edir”, – məlumatda qeyd olunur.
Neft yatağı Sarı dənizdəki Bohai körfəzinin cənub hissəsində yerləşir. Yatağın üstündəki suyun orta dərinliyi təxminən 22.1 metrdir.