10 C
Baku
Thursday, December 12, 2024

Ağcabədidə 5 mədəniyyət müəssisə rəhbərinə töhmət verilib

Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 müəssisə rəhbərinə töhmət verilib.

Bununla bağlı idarə rəisi Qalib Hasanov əmr imzalayıb.

Əmrlə Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzinin direktoru Odər Ağayevə, Ağcabədi rayon Kəhrizli kənd uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Elvin Məmmədova, Ağcabədi rayon Boyat kənd uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Şahnaz Əhmədova, Laçın rayon Mədəniyyət Mərkəzinin direktoru Sadıx Axundova, Laçın rayon Şəmkənd kənd uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Qəmər Hüseynova töhmət verilib.

Onlara töhmət verilməsinə səbəb isə “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) əməkdaşların əmək müqaviləsi bildirişlərinin icrasına vaxtında va düzgün qaydada yerinə yetirilməsinə nəzarət, eyni zamanda işdən azad edilmiş əməkdaşların xitam əmrləri haqqında məlumatları qanunda nəzərdə tutulmuş müddət ərzində sistema daxil etməmələri olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər