12 C
Baku
Saturday, November 23, 2024

“HP”nin rüblük xalis mənfəəti 55% azalıb

Amerikanın İT şirkəti “HP” yanvarda başa çatan 2023-cü maliyyə ilinin birinci rübü üzrə maliyyə hesabatını dərc edib. Əsas maliyyə göstəriciləri əvvəlki rüblə və 2022-ci ilin birinci rübündən daha pis olub. Belə ki, “HP”nin xalis gəliri 18.8% azalaraq 13.8 milyard dollar təşkil edib. Xalis mənfəət 55% azalaraq 500 milyon dollara, pul axını 114% azalaraq 200 milyon dollara düşüb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“HP”nin CEO-su Enrike Lores bunun tədarük zənciri problemləri, artan inflyasiya səbəbindən elektronikaya istehlakçı xərclərinin azalması və şirkətlərdən gələn sifarişlərin “yavaşlaması” ilə əlaqəli olduğunu söyləyib. Buna baxmayaraq, onun gələcəklə bağlı proqnozu olduqca nikbindir.

“HP” rəhbərliyinin fikrincə, Amerika şirkəti üçün əsas bazar olan Çində pandemiya məhdudiyyətlərinin aradan qaldırılması bunda mühüm rol oynayacaq. “HP”nin gözlədiyi kimi, cari maliyyə ilinin nəticələrinə görə, səhm üzrə gəlir 3.2-3.6 dollar, sərbəst pul axını isə 3 milyard dollardan 3.5 milyard dollara qədər olacaq.

Son xəbərlər
Digər xəbərlər