“Naxçıvansığorta” ASC-nin 2023-cü ilin yanvar ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, şirkətin yığımlarında azalma müşahidə olunub.
Şirkət cari ilin yanvarında 143 min manat həcmində sığorta haqqı toplayıb. Bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 3% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 148 min manat təşkil etmişdir.
Yanvarda şirkət tərəfindən ümumilikdə 59 min manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 67% çox olub. 2022-ci ilin yanvarında bu göstərici 35 min manat idi.
Xatırladaq ki, “Naxçıvansığorta” 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun nizamnamə kapitalı 6.416 milyon manatdır. Şirkətin səhmdarı 100% “Naxçıvan Bank” ASC-dir.