ABŞ Prezidenti Cozef Bayden Ukraynadakı vəziyyətlə əlaqədar fövqəladə vəziyyətin müddətini uzadıb.
Bu barədə Ağ Ev məlumat yayıb.
Ölkədə fövqəladə vəziyyətin ildönümünə 90 gün qalmış onun müddətinin uzadılmasına dair qərar Federal Reyestrdə dərc olunmasa və Konqresə göndərilməsə, avtomatik olaraq dayandırılacaq.
ABŞ-da Ukrayna hadisələri ilə əlaqədar fövqəladə vəziyyət haqqında sərəncam hələ 2014-cü ildə tətbiq edilib.