12 C
Baku
Sunday, November 24, 2024

Çin ABŞ-ı Tayvana silah satışını dayandırmağa çağırıb

Çin hökuməti ABŞ-ı Tayvana silah satışını dayandırmağa çağırır.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bu gün keçirilən brifinq zamanı deyib.

Diplomat qeyd edib ki, ABŞ Dövlət Departamenti tərəfindən Tayvana ümumi dəyəri 600 milyon dollardan çox olan növbəti hərbi yardım göndərilməsi qərarının təsdiqlənməsi Çinin suverenliyini pozur, ölkənin təhlükəsizlik maraqlarına zərər verir və Tayvan körfəzində vəziyyəti gərginləşdirir.

“Çin bu məsələ ilə bağlı kəskin narazılığını, etirazını bildirir, həmçinin öz suverenliyini və təhlükəsizlik maraqlarını qorumaq üçün təsirli tədbirlər görəcək”, – XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi fevralın 28-də bəyan edib ki, Dövlət Departamenti Tayvana F-16 döyüş təyyarələri və digər sistemlər üçün raketlərin satışına icazə verib. Hərbi yardım 619 milyon dollar dəyərində qiymətləndirilir. Həmçinin qeyd olunub ki, Tayvan daha öncə ABŞ-a 100 ədəd HARM anti-radar raketi, 200 ədəd AMRAAM (Advanced Medium-range Air-to-Air Missile) raketləri alınması üçün müraciət edib.

Pentaqon isə öz növbəsində qeyd edib ki, bu silah satışı sövdələşməsi ABŞ-ın döyüş hazırlığına xələl gətirməyəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər