22.8 C
Baku
Monday, October 7, 2024

“Oseberg gəmisi”

Oseberg gəmisi (norveç dilində Osebergskipet) – vikinqlərin palıd ağacından hazırladıqları gəmidir və bu gəmi 1904-cü ildə Norveçin Vestfoll əyalətində Tyensberq yaxınlığında aşkar edilib. Bu gəmi tərkib hissələri ilə birgə torpaqdan çıxarılmışdır və hazırda Osloda Vikinqlər muzeyində saxlanılır. Dendroxronoloji məlumatlara görə, gəmi təqribən 820-ci ildə ilk dəfə suya buraxılmış və 834-cü ilə qədər sahilyani naviqasiya üçün istifadə olunmuşdur.

Gəminin uzunluğu 22 metr, eni 6 metr, dirəyinin ölçüsü isə 6-dan 10 metrə qədər ola bilərdi. 90 kv. metr yelkənə sahib gəmi 10 dəniz milinə qədər sürət yığa bilirdi.

Arxeoloqlar gəmi ilə birgə yüksək cəmiyyətə məxsus iki qadının (yaşlı və gənc), şərq ipək parça qalıqlarına, tovuz quşu sümüklərinə rast gəlmişlər. Bütün bunlar vikinqlərin Volqa və Dnepr fəal olaraq Şərq ilə ticarət etdiklərini sübut edir.

Skandinaviyalı alimlər gəmidə dəfn edilənləri uzun müddət İnqlinqlər sülaləsi ilə əlaqələndirməyə çalışmışlar və hətta qadınlardan birini onların kralının həyat yoldaşı olduğunu iddia edirlər.

Son xəbərlər
Digər xəbərlər