1 C
Baku
Saturday, December 14, 2024

ABŞ 38 şirkətə qarşı ixrac məhdudiyyəti qoyub

ABŞ Ticarət Departamenti 38 şirkətə qarşı ixrac məhdudiyyəti tətbiq etdiyini açıqlayıb. Qara siyahıya əsasən Çin şirkətləri, həmçinin bir Rusiya və bir Belarus şirkəti daxil olub. Bu barədə ABŞ Federal Reyestrində dərc olunan bildirişdə deyilir.

Sənədə əsasən, qara siyahıya iyirmi səkkiz Çin, üç Myanma, dörd Pakistan, bir Rusiya, Belarus və Tayvan şirkəti daxildir. ABŞ Ticarət Departamentinə görə, onlar milli təhlükəsizlik və ABŞ xarici siyasətinin maraqlarına zidd olaraq, Rusiyanın hərbi və ya müdafiə-sənaye bazasına əhəmiyyətli töhfə verirlər.

Fevralın 25-də ABŞ Maliyyə Nazirliyi Rusiyadan olan 22 fiziki və 83 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Bundan əlavə, 76 hüquqi şəxsə ixrac məhdudiyyəti qoyulub. “Financial Times” yazıb ki, Qərb ölkələri Moskvanın hərbi məqsədlər üçün istifadə edə biləcəyindən ehtiyat edərək, BƏƏ-ni Rusiyaya elektronika ixracını dayandırmağa çağırıb.

Son xəbərlər
Digər xəbərlər