6 C
Baku
Sunday, December 15, 2024

ARDNF-in AÇG və Şahdənizdən gəliri artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqları üzrə 2023-cü ilin ilk iki ayında 1 mlrd. 324 mln. ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə Banker.az Fondun açıqlamasına istinadən xəbər verir.

Ötən ilin eyni dövründə 1 mlrd. 307 mln. ABŞ dolları AÇG və Şahdənizdən gəlir əldə edilmişdi.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Son xəbərlər
Digər xəbərlər