Azərbaycanda internet infrastrukturunun yenilənməsinə qoyulan sərmayələr nəticəsində ölkədə sabit genişzolaqlı internetin orta sürəti ötən illə müqayisədə 50 % artaraq 26.3 Mb/s təşkil edib.
Banker.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Twitter” hesabında bildirib.
“2024-cü ilin sonuna qədər ölkəmizdə bütün yaşayış məntəqələrində yüksəksürətli internetə çıxışın təmin edilməsi istiqamətində işlər davam edir”, – deyə o qeyd edib.