10 C
Baku
Wednesday, December 11, 2024

İlham Əliyev Yunanıstan Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Katerina Sakellaropuluya başsağlığı verib.

Hörmətli xanım Prezident,

Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Son xəbərlər
Digər xəbərlər