Şimal bölgəsində, İlisu, Acınohur istiqamətlərində yeni milli parkın yaradılması nəzərdə tutulur.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib.
O bildirib ki, artıq bu istiqamətdə işlər görülür:
“Ərazinin seçilməsi təsadüfi deyil. İstəyir səhra-yarımsəhra, istərsə dağlıq əraziyə doğru relyef dəyişir. Bu flora və faunaya təsir göstərir. Elmi tədqiqat məsələləri yekunlaşdıqdan sonra milli park yaratmaq fikrimiz var. Həmçinin bəzi qoruqlara da milli park statusunun verilməsinə dair də planlar var”.