14 C
Baku
Saturday, November 23, 2024

Avropada qaz ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 500 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

3 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 489,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (511,6 dollar) ilə müqayisədə 4,7% azdır.

 

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər