Türkiyə Mərkəzi Bankı yanvarda 23 ton qızıl alıb və yenidən dünya mərkəzi bankları arasında qiymətli metalın ən böyük alıcısı olub. Bu barədə Ümumdünya Qızıl Şurasının (WGC) məlumatlarına istinadən “Bloomberg” yazıb.
Hazırda Türkiyənin ehtiyatlarında 565 ton qızıl var ki, bu da rekord rəqəmdir.
Ötən il də ən çox qızıl alıcısı Türkiyə olub. 2022-ci ildə ölkənin Mərkəzi Bankı 145 ton qızıl alıb və ehtiyatlarını 542 tona çatdırıb. Ümumilikdə, dünya ölkələrinin mərkəzi bankları yanvarda qızıl ehtiyatlarını 31 ton, alışını isə 2022-ci ilin dekabr ayı ilə müqayisədə 16% artırıb.
Türkiyədən sonra yanvarda ən çox qızıl alıcıları Çin Xalq Bankı və Qazaxıstan Milli Bankı olub. Onlar qızıl ehtiyatlarını müvafiq olaraq 15 və 4 ton artırblar.