9 C
Baku
Thursday, December 12, 2024

Rusiya və Çin arasında ticarət dövriyyəsi 25.9% artıb

Yanvar-fevral aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi illik müqayisədə 25.9% artaraq 33.68 milyard dolları ötüb, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Çindən Rusiyaya ixrac iki ayda 19.8% artaraq təqribən 15.03 milyard dollara çatıb. Rusiya mal və xidmətlərinin idxalı isə 31.3% artaraq, demək olar ki, 18.65 milyard dollar təşkil edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

2022-ci ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 29.3% artaraq 190.27 milyard dollara çatıb ki, bu da rekord göstəricidir. Rusiya Xarici İşlər Nazirliyi iki ölkə arasında milli valyuta ilə ticarətin payının demək olar ki, yarıya çatdığını bildirib. Gömrük 2022-ci ildə Çini Rusiyanın əsas ticarət tərəfdaşları sırasına daxil edib.

Son xəbərlər
Digər xəbərlər