“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Qaradağ Şüşə Zavodu” ASC-nin səhmlərinin 85 %-i investisiya müsabiqəsinə çıxarılacaq.
Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Özəlləşdirmə şöbəsinin müdiri Əziz Mirzəyev bildirib.
“Müsabiqənin yaxın vaxtlarda elan edilməsi nəzərdə tutulur. Artıq özəlləşdirmə komissiyası yaradılıb, investisiya müsabiqəsinin layihəsini hazırlayır, onun məbləğini və şərtlərini müəyyən edir”, – deyə o qeyd edib.