2 C
Baku
Saturday, December 14, 2024

Rusiya BƏƏ-yə böyük həcmdə neft satmağa başlayıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiyadan böyük həcmdə xam neft almağa başlayıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya həm neft, həm də neft məhsullarını endirimli qiymətlərlə satır.

Rusiya Səudiyyə Ərəbistanı və BƏƏ kimi Fars körfəzinin aparıcı neft istehsalçıları ilə əməkdaşlığı təkmilləşdirir.

“BƏƏ-nin Rusiya neftini nə vaxt idxal etməyə başladığı dəqiq bilinmir, lakin tankerlərin izlənilməsi məlumatları Rusiyanın Ukraynanı işğalından sonra həcmlərin artdığını göstərir”, – məlumatda qeyd olunub.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər