9 C
Baku
Wednesday, November 27, 2024

ABŞ gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-cü il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

Gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 650 min barel təşkil edəcəyi ehtimal edilir, bu da öncə verilən proqnozdan 10 min barel azdır.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 650 min barel təşkil edəcək (proqnoz dəyişməyib).

Hesabata əsasən, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub.

Xatırladaq ki, 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub. 2020-ci və 2019-cu illərdə sözügedən göstərici müvafiq olaraq 700 min barel və 780 min barel səviyyəsində olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər