Nyu-York ştatının tənzimləyici orqanı sistem risklərə görə “Signature Bank”ı bağlayır. Bu barədə ABŞ Xəzinədarlığının rəhbəri Canet Yellen, Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauell və Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) sədri Martin Qrunberqin bəyanatında deyilir. Bankın əmanətçiləri bu gün, martın 13-də hesablarına giriş əldə etməlidirlər.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Martın 10-da Silikon Vadisi Bankı (SVB) müflis elan edilib. O, ABŞ-da startaplara yönəlmiş 16-cı ən böyük bank olub. Amerika səlahiyyətlilərindən bankın müştərilərinin vəsaitlərinə qənaət etmək və SVB-nin dağılmasının gətirib çıxardığı böhranın qarşısını almaq üçün təcili tədbirlər görmək üçün müdaxilə etmələri tələb olunub.