22 C
Baku
Friday, September 20, 2024

“Xəzər Sığorta Agentliyi” işçini əmək müqaviləsi olmadan işlətdiyi üçün cərimələnə bilər

“Xəzər Sığorta Agentliyi” MMC cərimələnir.

Banker.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Sığorta Agentliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə protokolu tərtib edib, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərib.

İXM-in 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

Dövlət Əmək Müfəttişliyi Xidməti “Xəzər Sığorta Agentliyi” MMC barəsində inzibati xətanı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində sübut edərsə, o zaman ən aşağısı onu 20 min manatlıq cərimə gözləyir.

Qeyd edək ki, XƏZƏR Sığorta Agentliyi müştərilərinin ödənişsiz hüquqi ekspertizasını keçirən sığorta vasitəçisidir. Sığorta Agentliyi 2015-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 500 manatdır və qanuni təmsilçisi Xəyyam Hətəmovdur.

Son xəbərlər
Digər xəbərlər