ABŞ Prezidenti Co Bayden Alyaskada neft və qaz ehtiyatlarının çıxarılması üçün qazma işlərini nəzərdə tutan layihəni təsdiqləyib.
Həmin layihə 8 milyard dollara başa gələcək.
Rəsmilər yerli investisiya fürsəti olaraq minlərlə iş yerinin yaradılacağını söyləyiblər.
Lakin, ekoloji qruplar layihənin iqlimə və canlı təbiətə təsirinə görə dayandırılmalı olduğunu bildiriblər.