11 C
Baku
Wednesday, December 11, 2024

ABŞ Lukaşenkonun İrana səfərindən qorxur

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Belarus Prezidenti Aleksandr Lukaşenkonun İrana səfərini şərh edib.

Bu haqda “RİA Novosti” məlumat yayıb.

Onun sözlərinə görə, Vaşinqton səfərin Tehranın Moskva ilə münasibətlərinin yaxşılaşmasına səbəb ola biləcəyindən qorxur:

“Biz buna İran və Rusiya arasında əlaqələrin genişləndirilməsi və möhkəmlənməsi kimi baxırıq”.

O, həmçinin vurğulayıb ki, ABŞ Rusiya ilə İran arasında münasibətlərin inkişafını diqqətlə izləyir.

 

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər