“e-Tabib” mobil tətbiqi yenilənib.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İT və İnnovasiyalar idarəsinin şöbə müdiri Nicat Kərimov məlumat verib. O qeyd edib ki, tətbiqin əvvəlki versiyası yalnız koronavirusla bağlı funksionallıqdan ibarət idi, indi isə vətəndaşlar tibb müəssisəsinə müraciət etdikdə həkim tərəfindən təyin olunmuş diqanozları, tibb müəssisəsi tərəfindən göstərilmiş tibbi xidmətləri görə biləcəklər:
“Artıq vətəndaşlar tibb müəssisələrinə müraciətləri tətbiq vasitəsi qiymətləndirə biləcəklər”.