2020-ci ildən İpoteka və Kredit Zəmanət Fondu ilə müqavilə bağlayaraq, “satmaq öhdəliyi ilə mənzillərin kirayəyə verilməsi” proqramı üzrə kirayəçi olmuşam. Mənim aylıq ödənişlərimdən ƏDV çıxılmalıdırmı? İndiyə qədər ödədiyim məbləğlərin daxilindəki ƏDV mənzilin ümumi qiymətində nəzərə alınacaqmı?
Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən bildirir.
2023-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.10-1-ci maddəsinə əsasən, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi vergidən azad edilib.
Qeyd olunan azadolma 2023-cü ilin yanvarın 1-dən sonra kirayəçilərə təqdim edilən yaşayış sahələrinə münasibətdə tətbiq edilir.
Sorğuda qeyd olunan halda aylıq ödəniş məbləğləri ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müraciət etmək tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 164-cü maddəsi.