8 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bank: Bankların öhdəliklərində qeyri-rezidentlərin payı artmaqdadır

Bank sektorunun öhdəliklərinin formalaşmasında qeyri-rezidentlərin payı artır.

Banker.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə sabitliyi hesabatı qeyd edilir.

Ötən illə müqayisədə bank sektorunun qeyrirezidentlər qarşısındakı öhdəlikləri 2.5 dəfə (1.5 mlrd. manat) artaraq 2.5 mlrd. manat təşkil edib.

Qeyri-rezidentlər qarşısında öhdəliklərin cəmi öhdəliklərdə payı isə 3.1. faiz bəndi artaraq 6.1%-ə yüksəlib.

Artım əsasən depozit portfeli (1.3 mlrd. manat) və Loro hesablar (0.2 mlrd. manat) üzrə olmuşdur. Qeyd edək ki, qeyri-rezidentlərin depozit portfelində payı 1.4%-dən 5%-ə yüksəlmişdir.

r2

Son xəbərlər
Digər xəbərlər