9 C
Baku
Thursday, December 12, 2024

“Zirə Süd”ə məxsus müəssisənin fəaliyyəti məhdudlaşdırıldı

Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozunda yerləşən “Zirə Süd” MMC-yə məxsus süd məhsullarının emalı müəssisəsində aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, hazır məhsulların və qablaşdırma materiallarının birbaşa döşəmənin üzərində saxlanıldığı,  döşəmə, divar və tavanın tamlığının pozulduğu, müəssisədə emal prosesində istifadə edilən südün minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin təqdim edilmədiyi,  məhsulların etiketlənməsində yanlış məlumatların qeyd olunduğu, temperatur rejiminə əməl olunmadığı və digər nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Eyni zamanda istehsal sahəsində yerləşdirilmiş soyuducuda saxlanılan 15 ədəd 1 litrlik qablaşdırmada satış üçün nəzərdə tutulan, üzərində müvafiq etiket məlumatları olmayan süd məhsulu aşkarlanıb.

Müəssisədə istehsal edilən məhsullardan nümunələr götürülərək müayinələrinin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər