10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın 21 milyonluq şirkətinin rəhbərliyi dəyişdirilir

“Bakelektroqaynaq” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 25 aprel 2023-cü il tarixində, saat 11:00-da Bakı şəhəri, Mir Cəlal küçəsi 15 ünvanında yerləşən Səhmdar Cəmiyyətin inzibati binasında aşağıdakı gündəlikdə keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1.”Bakelektroqaynaq” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi;

2. “Bakelektroqaynaq” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının (Müşahidə Şurasının) və icra orqanının seçilməsi.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək Səhmdar Cəmiyyətin Bakı şəhəri, Mir Cəlal küçəsi 15 ünvanında yerləşən inzibati binasında Səhmdar Cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

Xatırladaq ki, “Bakelektroqaynaq” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 578 128 manatdır və qanuni təmsilçisi Süleyman Məmmədovdur.

 

Son xəbərlər
Digər xəbərlər