12 C
Baku
Monday, November 25, 2024

AQTA “Min Bir Gecə” şadlıq sarayında nöqsanlar aşkarladı

Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Samux rayonunda fəaliyyət göstərən fiziki şəxs Rəhimov Səyavuş Qoşqar oğluna məxsus “Min Bir Gecə” şadlıq sarayında keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik tələblərə riayət olunmadığı, istehlakçılara təqdim edilən müxtəlif növ qida məhsullarının üzərində etiket məlumatlarının, istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi aşkarlanıb.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.

Son xəbərlər
Digər xəbərlər