Azərbaycanda özəl sektorda çalışan şəxslərin banklardan istehlak krediti götürməsi 2022-ci ildə kəskin artıb.
Bunu Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
AMB-nin məlumatına görə, 2022-ci ildə illik müqayisədə 444 mln. manat, yaxud 45% artaraq 1 mlrd. 439 manat olub.
Xatırladaq ki, ötən il cəmi istehlak kreditləri illik müqayisədə 27% artaraq 5 mlrd. 754 mln. manat olub.
| Tarix | Həcmi, |
| 2018 | 953 mln. manat |
| 2019 | 1 020 mln. manat |
| 2020 | 769 mln. manat |
| 2021 | 994 mln. manat |
| 2022 | 1 439 mln. manat |







