11 C
Baku
Tuesday, November 26, 2024

Hindistan rusiyalıların ölkədə qalma müddətini məhdudlaşdırıb

Hindistan elektron turist vizaları üzrə rusiyalıların ölkədə qalma qaydalarını yeniləyib.

İndi Rusiya Federasiyasının vətəndaşları bir təqvim ili ərzində ümumilikdə 180 gündən çox olmayaraq ölkədə qala bilərlər.

Bu barədə martın 17-də Rusiyanın Yeni Dehlidəki səfirliyi məlumat yayıb.

Eyni zamanda, fasiləsiz qalmanın maksimum müddəti 90 gün olmaqla əvvəlki kimi saxlanılıb.

“Bu dəyişikliklər artıq verilmiş elektron vizalara aiddir. Biz rusiyalılara əvvəllər verilmiş sənədlərini yeniləməyi tövsiyə edirik”, – diplomatik missiyadan bildirilib.

Qeyd edək ki, öncəki qaydalar rusiyalılara Hindistanda il ərzində 180 gündən çox qalmağa icazə verirdi.

Son xəbərlər
Digər xəbərlər