“Xırdalan – Rabitə-Tikinti” ATSC öz səhmdarlarına dəyən zərəri ödəyəcək.
Banker.az xəbər verir ki, Xırdalan – Rabitə-Tikinti” ATSC səhmdarlarının növbəti illik ümumi yığıncağı 25 aprel 2023-cü il saat 15.00-da Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi 10/61 nömrəli ünvanda keçiriləcəkdir.
Belə ki, gündəlikdəki məsələlərə, “Xırdalan – Rabitə-Tikinti” ATSC-nin 2021-2022-ci maliyyə ilinin yekunlarının müzakirəsi və təsdiqi, Cəmiyyətin uzunmüddətli fəaliyyətsizliyi nəticəsində fərdi səhmdarlara (kommunal xidmət ödənişləri, mühafizə xidməti ödənişləri, əmlak, torpaq və s. vergi ödənişlərini həyata keçirən səhmdar) dəymiş ziyanın ödənilməsi məsələsinin müzakirəsi, Səhmdarların problemlərinin və təkliflərinin müzakirəsi daxildir.