İsveçrənin ən böyük bankı “UBS” martın 17-də buraxdığı 2,75 milyard avroluq istiqrazlarını geri almağa hazırdır.
“UBS Group AG” tədavül müddətləri 2028-ci ilin martında bitən 1,5 milyard avro dəyərində və 2032-ci ilin martında bitən 1,25 milyard avro dəyərində istiqrazların sahiblərini həmin qiymətli kağızları geri verməyə dəvət edib.
Xatırladaq ki, “UBS” ötən bazar günü “Credit Suisse”i 3 milyard franka (3,24 milyard ABŞ dolları) aldığını bəyan edib. Banklar birləşmə barədə sazişi ölkənin Maliyyə Nazirliyi, Milli Bankı və maliyyə bazarlarına nəzarət təşkilatının (FINMA) müdaxiləsindən sonra bağlayıblar. Prosesin bu ilin sonuna qədər tamamlanacağı gözlənilir.