13 C
Baku
Saturday, November 23, 2024

Yasamalda ictimai iaşə müəssisəsində nöqsanlar aşkar edildi

Tədbirlər çərçivəsində  Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 42-44 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Həsənov Yusif Rafiq oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama həyata keçirilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçilərin dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib. Həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinə dair müqavilə ilə akt yoxlamaya təqdim olunmayıb.

Aşkarlanmış pozuntularla bağlı müəssisənin sahibi inzibati qaydada məsuliyyətə cəlb edilib. Həmçinin müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub. Eyni zamanda müəssisənin rəhbərliyinə icrası məcburi göstərişlər verilib və qanunvericiliyin tələbləri izah edilib.

Son xəbərlər
Digər xəbərlər