10 C
Baku
Thursday, December 12, 2024

FAANG nədir?

FAANG – beş texnologiya şirkəti – “Facebook”, “Amazon”, “Apple”, “Netflix” və “Google”un səhmləridir.

Abreviatur NASDAQ-da şirkətlərin abreviaturlarının ilk hərflərindən ibarətdir: FB, AMZN, AAPL, NFLX, GOOGL. Başlanğıcda o, FANG şəklində olub, çünki “Apple” səhmləri ora daxil olmayıb.

Abreviatur 2013-cü ildə “Mad Money” televiziyasının aparıcısı Cim Kramerin təklifi ilə ortaya çıxlıb. O bildirib ki, bu şirkətlər uğurlu investisiyalar üçün əla seçimdir, çünki onlar gələcəyi təmsil edirlər və bazarlarına hakimdirlər.

FAANG abreviaturu yalnız mediada mövcuddur. Belə ki, FAANG indeksi mövcud deyil. Ona oxşar “Twitter”, “Nvidia”, “Tesla”, “Baidu”, “Alibaba “və “Tencentin” daxil olduğu FANG + indeksi mövcuddur.

Nüanslar

Digər oxşar abbreviaturalar da var:

FAAMG – “Facebook”, “Amazon”, “Apple”, “Microsoft” və “Google”.
FAANGM və ya FANMAG – “Facebook”, “Amazon”, “Apple”, “Netflix”, “Google” və “Microsoft”.
FAANGMT və ya FANMAGT – “Facebook”, “Amazon”, “Apple”, “Netflix”, “Google”, “Microsoft” və “Tesla”.

Fakt

2021-ci ilin sonunda FAANG, eləcə də “Microsoft” və “Tesla”nın birgə kapitallaşması ABŞ-ın 505 ən böyük şirkətini əhatə edən S&P 500 indeksinin ümumi kapitallaşmasının 25%-dən çoxunu təşkil etmişdi.

Son xəbərlər
Digər xəbərlər