14 C
Baku
Saturday, November 23, 2024

“Kapital Bank”ın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

“Kapital Bank” ASC-nin 26 aprel 2023-cü il saat 11.00-da, Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən ofisində (3-cü mərtəbə, iclas zalı) keçirilməsi nəzərdə tutulan səhmdarlarının növbədənkənar ümu­mi yığıncağı təxirə salınmışdır.

Banker.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağı 4 may 2023-cü il saat 11.00-da, bankın Mikayıl Müşfiq küçəsi 2E nömrəli ün­vanda yerləşən ofisində (3-cü mərtəbə, iclas zalı) keçiriləcəkdir.

Səhmdarların növbədənkənar ümumi yı­ğıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

I. “Kapital Bank” ASC-nin müşahidə şu­rasının üzvlərinin seçilməsi məsələsi haqqın­da.

II. “Kapital Bank” ASC-nin müşahidə şu­rasının əsasnaməsinin yenilənməsi məsələsi haqqında.

III. Digər məsələlər.

Səhmdarlar ümumi yığıncağın gündəli­yinin materialları ilə 2023-cü il mayın 4-dək https://kapitalbank.az/sehmdarlarin-yiginca­gi linki vasitəsilə tanış ola bilərlər.

Son xəbərlər
Digər xəbərlər